Mustafa Əlsamah: Özümüzü evimizdəki kimi hiss edirik

Bakıda təşkil olunan Dördüncü İslam Həmrəyliyi Oyunları bütün İslam dünyasında qürur hissi doğurur. Xüsusən paytaxt sakinləri yarışları böyük coşqu ilə qarşılayırlar. 88 nömrəli marşrutda yarışlar haqqında iki gənc arasındakı söhbəti qeyri-ixtiyari olaraq dinlədim. Gənclərin İslamiada haqqında səsləndirdiyi müsbət fikirlər çox xoş idi.

Yüngül atletika yarışlarını qızıl medalla bitirən İraq atleti Mustafa Əlsamahla Bakı Olimpiya Stadionunda görüşdük.
Mustafa Əlsamah bizimlə fikirlərini bölüşdü.

Diskatma yarışının qalibi çempionluq hissinin qürurverici olduğunu bildirdi. Yarışların yüksək səviyyədə təşkil olunduğunu vurğuladı. Qeyd etdi ki,  paytaxt Bakıda bu cür möhtəşəm idman saraylarının, müxtəlif təyinatlı idman mərkəzlərinin tikilərək idmançıların ixtiyarına verilməsi ölkənizdə idmana göstərilən qayğının bariz nümunəsidir.

Mustafa Əlsamah Bakıda qazandığı uğurun onun üçün çox böyük məna kəsb etdiyini bildirdi. O, qələbəsinin İslamiadada qazanılmasının xüsusi önəm daşıdığını dedi.

Paytaxt Bakıya gəlincə qonaq bildirdi ki, Bakı şəhəri onun eşitdiyindən və təsəvvür etdiyindən də gözəldir. Yarışlar ərəfəsində idmançıların təhlükəsizliyinin yüksək səviyyədə təmin edildiyini bildirən Əlsamah qeyd etdi ki, özümüzü evimizdəki kimi hiss edirik.

Hazırladı:
Elçin ABBASOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında