IV İslam Həmrəyliyi Oyunları Bolqarıstan mətbuatında

Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunları artıq dünyanın bir sıra ölkələrinin mətbuatında işıqlandırılıb. Bu günlərdə Bolqarıstan mətbuatı da belə bir təşəbbüsdə bulunub. Bu ölkənin “Novinite” xəbər portalı, “Diplomatic Spectrum” jurnalı, “Kircaali Haber” qəzeti və Bolqarıstan Baş Müftiliyinin internet səhifəsində İslam Həmrəyliyi Oyunları haqqında ingilis və bolqar dillərində məqalələr dərc edilib.

Məqalələrdə Azərbaycanın “Həmrəylik gücümüzdür” şüarı altında keçirilən IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdiyi, möhtəşəm açılış mərasimi ilə Bakının dünyanı salamladığı qeyd olunur. İslam Həmrəyliyi İdman Federasiyasının 2013-cü ilin iyulunda Ciddədə keçirilən Baş Assambleyasında Oyunların Bakıda keçirilməsi barədə qərarın qəbul edildiyi bildirilir. Qeyd edilir ki, Oyunların təşkili və idarə edilməsi məqsədilə Azərbaycan Prezidentinin sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Təşkilat Komitəsinin sədri təyin olunub.

Materiallarda  İslam Həmrəyliyi Oyunlarının əsas dəyərlərinin sülh, birlik, hörmət və mükəmməllik olduğu bildirilir. Qeyd edilir ki, yarışlarda 4 qitənin 50-dən çox ölkəsindən idmançılar Bakıya gəliblər. Onlar 16 beynəlxalq standartlara cavab verən idman arenasında 20 idman növü üzrə qələbə uğrunda mübarizə aparırlar. Oyunların rəmzləri olan “İncə” və “Cəsur” Azərbaycanın milli xəzinəsi olan Qarabağ atlarıdır. İncə şəfqət və gözəlliyi, Cəsur isə igidliyi tərənnüm edir.

Bundan başqa, “Xəzərdən başlayan səyahət” proqramı barədə məlumat verilir. İslam Həmrəyliyi Oyunları 2015-ci il ildə ölkəmizdə keçirilmiş Birinci Avropa Oyunları ilə müqayisə edilərək bildirilir ki, Avropa Oyunlarında əsas element od idisə, İslam Həmrəyliyi Oyunlarının əsas elementi sudur. Bunun səbəblərindən biri suyun İslam inancına görə mühüm əhəmiyyət kəsb etməsi, onun paklıq və şəfa rəmzi olmasıdır. Su həm də Azərbaycan xalqının Novruzdan əvvəl qeyd etdiyi 4 ənənəvi elementdən biridir. Xəzərdən başlayan səyahət proqramına bu il aprelin 5-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə start verildiyi diqqətə çatdırılır. Layihənin 37 gün ərzində ölkəmizin 15 məşhur şəhər və su bölgələrini əhatə etdiyi, layihə çərçivəsində hər regionda Su mərasimi və festivallarının təşkil edildiyi vurğulanır.

Bolqar mətbuatı IV İslam Həmrəyliyi Oyunlarının 58 ölkədə yayımlandığını bildirir.

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında