Banqladeşli media nümayəndələri Azərbaycanı böyük Avropa ölkələri ilə müqayisə edirlər

Banqladeşi təmsil edən tanınmış internet televiziyası olan Ekattor.tv-nin xüsusi müxbiri Saiful Rupokun sözlərinə görə, Azərbaycan İslam Həmrəyliyi Oyunlarının təşkilatçılığı ilə dünyanın qabaqcıl ölkələri ilə müqayisə oluna bilər. Doğrusu, biz – banqladeşli media nümayəndələri Azərbaycanı böyük Avropa ölkələri ilə müqayisə etdik. Misilsiz dərəcədə gözəl açılış baş tutdu. Eyni zamanda, istər açılışda, istərsə də idman yarışlarının özündə güclü təhlükəsizlik sistemi çalışır.

Saiful Rupok deyib ki,  Bakıda bütün idman növləri üzrə yarışların keçirilməsi üçün gözəl idman qurğuları və meydançaları var. Yüksək şərait və servis xidmətləri fəaliyyət göstərir. İdmançılarımızla söhbətləşərkən, hamısı şəraitdən və təşkilatçılıqdan razılığını bildirib. Onu da qeyd edim ki, 33 idmançımız İslam Həmrəyliyi Oyunlarında qüvvəsini sınamaq üçün Bakıya gəlib. Onlar  atıcılıq, ağırlıqqaldırma, üzgüçülük, güləş, gimnastika, atletika, karate və zorxana üzrə yarışlarda mükafat əldə etmək üçün mübarizə ­aparacaqlar. Bu idman növlərinə Banqladeşdə ­maraq ­böyükdür.

Banqladeşli jurnalist sonda bildirib ki, bu cür möhtəşəm təşkilatçılıq edən Azərbaycan Olimpiya Oyunlarını da yüksək səviyyədə keçirə bilər.

Qeyd edək ki, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək.

Anar TURAN,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında