“Azərbaycan dünyada modern müsəlman ölkəsidir”

Bu fikir yüngül atletika üzrə qazaxıstanlı hakim Jandost Axmetova məxsusdur

“Mən Azərbaycanda keçirilən beynəlxalq miqyaslı idman tədbirində ikinci dəfədir ki, hakim kimi iştirak edirəm. Birinci dəfə I Avropa Oyunlarında hakimlik etmişəm. Həmin vaxt Oyunların keçirilməsi üçün hazırlıq işlərinin yüksək səviyyədə qurulduğunun və  yarışların uğurla başa çatdığının şahidi olmuşdum. Bakıda olarkən öyrənmişdim ki, beynəlxalq standartlara cavab verən idman sarayları qısa  müddətdə tikilmişdir. Biz hələ də  I Avropa Oyunlarının yaratdığı xoş ovqatdan ayrıla bilməmişik. Açılış və bağlanış mərasimləri, Oyunlar çərçivəsində keçirilən yarışlar möhtəşəm səviyyədə təşkil olunmuşdu”.

Azərbaycanın əsl idman ölkəsinə çevrildiyini deyən qazaxıstanlı hakim IV İslam Həmrəyliyi Oyunlarında da təşkilati işlərin nümunəvi şəkildə qurulduğunu bildirdi: “Mən bundan əvvəl başqa ölkələrdə  keçirilən oyunlarda da hakim kimi iştirak etmişəm. Etiraf edim ki, Bakıda gördüklərim məni valeh edib. Açılış mərasimini xüsusilə qeyd etmək istərdim. Qeyri-adi bir tamaşa, əsl idman bayramı idi. Qətiyyətlə bildirirəm ki, Azərbaycan rəhbərliyi tərəfindən uzun müddətdir idmana göstərilən diqqət və qayğı artıq öz bəhrəsini verib. Bunu  ölkənizin dəfələrlə beynəlxalq miqyaslı idman yarışlarına ev sahibliyi etməsi də təsdiqləyir”.

J.Axmetovun fikrincə, həm I Avropa Oyunlarına, həm də IV İslam Həmrəyliyi Oyunlarına gələcəkdə ev sahibliyi edəcək ölkələr təşkilati işlərə görə Azərbaycandan nümunə götürməli və ölkəmizin bu sahədə iş təcrübəsini öyrənməlidir: “Yerli əhalinin səmimiyyətinə və qonaqpərvərliyinə gəlincə isə, deməliyəm ki, mən burada İslami dəyərlərin yüksək göstəriciləri ilə qarşılaşdım. Bu, belə də olmalıdır. Bakıda olarkən öyrəndim ki, Prezidentiniz cənab İlham Əliyevin sərəncamı ilə 2017-ci il Azərbaycanda  “İslam Həmrəyliyi ili” elan edilib. Bu, bir daha təsdiqlədi ki, Azərbaycan dünyada modern müsəlman ölkəsidir”. 

Söhbətləşdi:
Əliqismət BƏDƏLOV,
Rafiq SALMANOV (foto),
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında