Azərbaycan futbolu finalda!

Dördüncü İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış  edən Azərbaycan futbolçuları xalqımızı sevindirməkdə davam edirlər.

“Bayıl Arena”da ilkin mərhələ yarışlarında Kamerun, Mərakeş və Səudiyyə Ərəbistanı komandaları ilə görüşlərin yekununda növbəti mərhələdə oynamaq hüququ qazanan futbolçularımız bu dəfə irəliyə doğru daha iri, daha mühüm addım atmışlar.

Yaşar Vahabzadənin komandası dünənki müvəffəqiyyətinə “Dalğa Arena”da sevinmişdir. Futbolçularımız Əlcəzair yığmasına qarşı yarımfinal görüşündə müdafiədə  etibarlı, hücumda  məhsuldar oyun  nümayiş etdirərək rəqiblərini iki cavabsız qolla məğlubiyyətə uğratmışlar – 2:0.

Qələbə toplarını birinci hissədə Ruslan Abışov, fasilədən sonra isə Məqsəd İsayev vurmuşlar. Azərbaycan  komandası artıq finaldadır!

Dünən axşam ikinci yarımfinalda Kamerun və  Oman  komandaları qarşılaşmışlar.

Final görüşü mayın 21-də keçiriləcəkdir.

O.BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında