“Bakı-2017”: VI gün

Mayın 18-də - “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının altıncı günündə Azərbaycan idmançıları 17 medal qazanıblar. Bu medallardan 9-u qızıl, 4-ü gümüş, 4-ü isə bürüncdür.

Gün ərzində milli komandamızın aktivinə ən çox medalı boks və güləş yarışlarında mübarizə aparan idmançılarımız yazdırıblar. Onlar 6 qızıl, 3 gümüş və 2 bürünc medala sahib olublar.

Azərbaycan milli komandası yarışın altıncı günündə 116 medalla (59 qızıl, 33 gümüş və 24 bürünc) ikinci pillədəki yerini qoruyub.

İslamiadanın altıncı günündə Türkiyə yığma komandası medal siyahısına liderliyi davam etdirib. Qardaş ölkənin idmançıları gün ərzində 18 medal qazanıblar. Bu medallardan 6-sı qızıl, 7-si gümüş, 5-i isə bürüncdür. Hazırda Türkiyə yığmasının hesabında 155 medal var (60-52-43).

İlk beşliyi İran (67 medal, 16-22-29), Özbəkistan (54 medal, 14-14-26) və Əlcəzair (35 medal, 7-12-16) tamamlayır.

Ümumilikdə altı gün ərzində 34 ölkənin idmançıları aktivlərinə medal yazdıra biliblər.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında