Qadın voleybolçulardan ibarət Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub

IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışına mayın 18-də yekun vurulub.

“Baku Crystal Hall”da keçirilən yarışın finalında Türkiyə yığmasına qalib gələn Azərbaycan milli komandası İslamiadanın çempionu olub.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanın birinci seti voleybolçularımızın aşkar üstünlüyü ilə yekunlaşıb - 25:12. Lakin ikinci setdə daha inamlı oynayan türkiyəli voleybolçular 25:23 hesabı ilə qalib gəliblər. Üçüncü setdə təşəbbüsü ələ alan yığma komandamız seti öz xeyrinə başa vurub - 25:20. Voleybolçu qızlarımız dördüncü setdə də gözəl oyun nümayiş etdirərək 25:21 hesabı ilə qələbə qazanıblar.

Beləliklə, Azərbaycanın qadın voleybolçuları İslamiadanın qızıl medallarına sahib olublar. Türkiyə millisi ikinci yeri tutub.

Üçüncü yer uğrunda görüşdə Tacikistan və Qırğızıstan yığmaları üz-üzə gəliblər. Matçda 3:0 hesabı ilə qalib gələn Qırğızıstan millisi İslamiadanın bürünc medallarına sahib olub. Qırğızıstanlı voleybolçular hər üç setdə böyük fərqlə qələbə qazanıblar - 25:10, 25:12, 25:16.

Yarış başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub.

Medalları qaliblərə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov və İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Əbdüləziz Əl-Nassar təqdim ediblər.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında