Stolüstü tennis üzrə fərdi yarışlarda yarımfinala iki qadın təmsilçimiz adlayıb

Mayın 18-da “Sərhədçi” İdman Olimpiya Kompleksində keçirilən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə qadınlar və kişilər arasında fərdi yarışların dörddəbir final mərhələsi başa çatıb və yarımfinalçılar müəyyənləşib.

Yarışda ölkəmizi təmsil edən hər iki qadın idmançı yarımfinala yüksəlib. Təmsilçimiz Miao Vanq İran idmançısı Məriəm Səmeti, Zinq Ninq isə Fələstin millisinin üzvü Diana Əssini məğlub ediblər. Yarımfinala vəsiqə qazanan digər idmançılar isə türkiyəli Mələk Hu və iranlı Nedə Şahsavaridir.

Kişilərin yarışında dörddəbir finaldakı yeganə təmsilçimiz Xinhanq Yu uduzaraq mübarizəni davam etdirə bilməyib. Yarışda kişilərin mübarizəsində yarımfinala Deronk Alamiyan, Darunk Alamiyan (İran), Li Pinq (Qətər) və Ahmed Li (Türkiyə) vəsiqə qazanıblar.

Stolüstü tennis üzrə fərdi yarışlara mayın 19-da yekun vurulacaq.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında