Eriş Yaprak: Yarışlara Azərbaycan idmançısı kimi qatılmaqdan qürur duyuram

Yarışlara Azərbaycan idmançısı kimi qatılmaqdan qürur duyuram.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında taekvando üzrə qızıl medal qazanmış Eriş Yaprak deyib.

O, Azərbaycanda idmana böyük diqqət və qayğının olduğunu bildirib: "Azərbaycanı çox sevirəm. Baxmayaraq ki, Türkiyə də bu oyunlarda təmsil olunurdu, mən Azərbaycan idmançısı kimi yarışlara qatıldım. Bu yarışda finalda Türkiyə təmsilçisi ilə qarşılaşdım və qalib gəldim. Rəqiblərim çox güclü olsa da, özümə inamım mənə qələbə qazandırdı. Gələcəkdə də keçirilən beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəyəm".

E. Yaprak qeyd edib ki, Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil edilib və idmançılara xüsusi diqqət göstərilir.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında