“Oyunlar yüksək səviyyədə təşkil olunub”

Bu fikri “Vestnik Kavkaza”nın müxbiri ilə söhbətində Özbəkistan komandasının üzvü, ağırlıqqaldıran Farxadbek Sobirov söyləmişdir.

O, həmçinin əlavə etmişdir ki, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu burada yaradılmış şərait, habelə yarışlara gəlmiş idmançıların tərkibi də təsdiq edir. İdmançıların yaşadığı Atletlər kəndində də əla şərait yaradılmışdır.

Qeyd edək ki, F. Sobirov ağırlıqqaldıranların yarışında 94 kq çəki dərəcəsində çıxış etmiş və iki hərəkətin cəmində 380 kq nəticə ilə ikinci yeri tutmuşdur. Bu çəkidə bürünc medala Azərbaycan atleti Rövşən Fətullayev sahib olmuş (376 kq), qızıl medalı isə iranlı Səyyadəyyub Musavidcaravi qazanmışdır (381 kq).


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında