Duha N.Malki: Bakı Oyunları İslam Həmrəyliyi tarixində mühüm hadisə olacaq

IV İslam Həmrəyliyi Oyunları, yarışların gedişi barədə hazırlanan reportajlar arasında həmçinin  Oyunlara ev sahibliyi edən paytaxtımızın  müasir və tarixi məkanları, şəhərdəki idman-əhval ruhiyyəsi, milli-mədəni irsimizlə bağlı süjetlərə də rast gəlinir. Belə süjetlərdən birinin müəllifi  Fələstin Sport televiziyasının aparıcısı Duha N. Malki ilə söhbətləşdik, yarışların zəngin olduğu zamanda  işi çox olsa da, həmkarım böyük məmnuniyyətlə bizimlə söhbətə də vaxt ayırdı.

– Bakı haqqında hazırladığınız reportajı izlədim. Təşəkkür edirəm.

– Çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Ümid edirəm ki, hazırladığımız reportajdan zövq aldınız, ürəyinizcə oldu.

– Əlbəttə. Bu sizin Bakıya  ilk səfərinizdir?

– Bəli, birinci dəfədir ki, Bakıdayam. Ölkənizdə olmaqdan məmnunam.

– Şəhərimizdə daha çox nəyi bəyəndiniz?

– Azərbaycanda müşahidə etdiyim  ən maraqlı cəhət inkişaf və tərəqqinin olmasına baxmayaraq, sadəliyin olmasıdır. Şəhərdəki binalar, tikililər özündə həm müasirliyi, həm də qədimliyi cəmləşdirir. Bu möhtəşəmdir.

– IV İslam Həmrəyliyi Oyunlarına hazırlığı və Oyunların  gedişini necə qiymətləndirirsiniz? Gözləntiləriniz nələrdir?

– Oyunlara hazırlıq səviyyəsi çox yüksəkdir. Biz bunu İslam Həmrəliyi Oyunlarının loqoları və bayraqlarının hər yerdə dalğalanmasında da gördük. Bakının hər yerində Oyunlara aid məlumat lövhələri, bayraqlar asılmışdı.

Bütün bu yüksək səviyyəli hazırlığı gördükdən sonra əminliklə deyə bilərəm ki, Bakıdakı  Oyunlar İslam Həmrəyliyi Oyunlarının tarixində mühüm hadisə olacaq.

Qeyd edim ki, Oyunların qaydaları  ciddidir. Belə ki,  Fələstin İdman TV kanalı heyəti olaraq stadiona girərkən və Atletlər kəndinə daxil olarkən bunun şahidi olduq. Bu onu göstərir ki, təhlükəsizliyin təminatı yüksək səviyyədə təşkil edilib.

Əllidən çox ölkənin nümayəndə heyətinin qatıldığı mötəbər yarışda bu cür yüksək səviyyədə təhlükəsizliyin təminatı çox vacibdir.

– Müsəlman xalqları arasında dostluğu, sülhü və mehribanlığı təşviq etmək baxımından İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini nədə görürsünüz?

– İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri arasında əlaqələrin möhkəmləndirilməsində önəmli rola malikdir. İslam dini müsəlman aləminə, eləcə də bəşəriyyətə tolerantlıq  və sevgi bəxş edir. İslam aləmində həmrəyliyə daha çox ehtiyacımız var. Dünyada siyasi və dini münaqişələrin olduğu dövrdə İslam həmrəyliyi olduqca vacibdir.

 Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında