İslamiadanın qardaş liderləri

Dördüncü İslam Həmrəyliyi Oyunlarının yarışlar proqramında mayın 16-na təyin edilən startlara yekun vurulduqdan sonra lider ölkələrin siyahısına 115 medal – 43 qızıl, 40 gümüş və 32 bürünc mükafata sahib olan Türkiyə idmançıları başçılıq edirdilər. İkinci pillədə irəliləyən Azərbaycan idmançılarının 41 qızıl, 24 gümüş və 16 bürünc medalı, cəmi 81 mükafatı var idi.

Birinci beşliyə həmçinin İran (10+12+15), Özbəkistan (7+9+18) və İndoneziya (6+18+18) daxil idi.

Bu statistikadan göründüyü kimi, İslamiadanın finişinə hələ kifayət qədər vaxt və yarışlar qalsa da, ümumi hesabda birincilik uğrunda Türkiyə və Azərbaycan komandalarının mübarizəsinə artıq heç kim qoşula bilməyəcək. Diqqətinizə çatdırdığımız rəqəmlərdə iki lider, iki qardaş ölkənin qazandıqları medallar, xüsusən də qızıl mükafatlarla onların ən yaxın izləyicilərinin göstəriciləri arasında çox böyük fərq var.

Əvəzində ən yüksək meyarlı medalların sayında, demək olar, bərabər olan Türkiyə və Azərbaycan atletləri arasında “qızıl savaşının” bundan sonra necə davam edəcəyi böyük maraq doğurur. Qeyd etdiyimiz kimi, qızıllara görə fərq cəmi iki medaldır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında