İndoneziya səfirliyi: İslamiada müsəlman ölkələri arasında qarşılıqlı anlaşmanı möhkəmləndirəcək

İndoneziya Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında fəal iştirak edir və ümid edirik ki, bu oyunlar İslam ölkələri arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə öz töhfəsini verəcək.

Bunu Trend-ə İndoneziyanın Bakıdakı səfirliyinin birinci katibi Angela Soevono deyib.

Onun sözlərinə görə, Oyunlarda cüdo, karate, taekvondo, uşu, suyatullanma, basketbol, gimnastika və digər idman növlərində yüzdən çox indoneziyalı idmançı iştirak edir.

Diplomat qeyd edib ki, İslamiada sayəsində beynəlxalq ictimaiyyət Azərbaycan barədə daha çox biləcək. Bu yarışlar, həmçinin Azərbaycanın iqtisadi və turizm potensialının inkişafına da müsbət təsir göstərəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında