Ömər Ağgün: Bakıda atletlər üçün hər cür şərait yaradılıb

Türkiyəli idmançıları dünyanın heç bir yerində Bakıdakı kimi qarşılanmayıblar. Biz türk dünyasının ulu öndəri Heydər Əliyevin “Bir millət – iki dövlət” sözlərinin həqiqiliyinə bir daha əmin olduq.

Bu sözləri kütləvi informasiya vasitələrinə müsahibəsində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının pnevmatik tüfəngdən 10 metr məsafəyə atəşaçma yarışlarının qalibi Ömər Ağgün söyləyib.

Türkiyəli idmançı “Bakı-2017” yarışlarının təşkili ilə bağlı təəssüratlarını bölüşərək deyib: “Hər şey çox gözəl təşkil edilib. Nəhəng idman qurğuları, məşq zalları ən müasir trenajorlarla təchiz edilib. Yeməkxana fasiləsiz işləyir. Burada həm Avropa, həm də Azərbaycan yeməkləri təqdim olunur. Azərbaycan mətbəxi Türkiyə mətbəxinə yaxındır. Buna görə də özümüzü evimizdəki kimi hiss edirik. Ümumiyyətlə, Bakıda atletlər üçün hər cür şərait yaradılıb.

Elçin ABBASOV,
 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında