Möhtəşəm idman tədbirləri ilə dünya Azərbaycana daha yaxın oldu

Azərbaycan çox böyük potensiala malik olan müasir, dinamik inkişaf edən gözəl ölkədir. Bakı bir neçə gün ərzində şəxsən mənə parlaq və silinməz təəssüratlar bağışlayıb. İnkişaf səviyyəsinə görə paytaxtınızı Dubay və Əbu-Dabi ilə müqayisə etmək olar. Lakin sizin ölkənin iqlimi mülayim olduğundan, məncə, Bakı daha cəlbedici, bənzərsiz və qonaqpərvər şəhərdir.

Omanın milli futbol komandasının baş məşqçisi Həmid əl-Əzini yuxarıdakı fikirlərini davam etdirərək deyib:-- Azərbaycanın böyük uğurları bilavasitə ölkənin müdrik rəhbərliyinin  yürütdüyü uzaqgörən siyasətlə bağlıdır. Prezident İlham Əliyevin şəxsində Azərbaycanın siyasi rəhbərliyi xalqınızın milli maraqlarını və tələbatını əsas tutaraq, ölkədə bütün istiqamətlər üzrə hərtərəfli düşünülmüş və müdrik idarəçilik siyasəti yürüdür. Aşkar görünür ki, Azərbaycan hökuməti ölkənin iqtisadi inkişafı, respublikaya investisiyalar cəlb edilməsi üçün böyük səy göstərir və bu gün respublikada  əlverişli investisiya şəraiti yaradılıb. Mübaliğəsiz demək olar ki, Azərbaycan rəhbərliyi ölkənin inkişafında və çiçəklənməsində maraqlıdır. Azərbaycana ilk dəfə gələn insan başa düşür ki, bu, böyük gələcəyi olan perspektivli ölkədir.

Azərbaycanda gəncliyə böyük diqqət və qayğı var. Burada səmərəli gənclik siyasəti həyata keçirilir, gəncləri dəstəkləmək üçün milli strategiya var və onun inkişafı üçün böyük səy göstərilir. Gəncliyin hərtərəfli inkişafı dövlət siyasətinin mühüm istiqamətidirsə, deməli, bu ölkənin gözəl perspektivləri var.

Ölkənizin idman nailiyyətləri sevindiricidir. Azərbaycanın idman həyatında yüksəliş müşahidə olunur, burada sanballı idman infrastrukturu, müasir standartlara cavab verən futbol stadionları və bir sıra başqa idman obyektləri yaradılıb.

Həmid əl-Əzini daha sonra qeyd etdi ki, müsəlman dünyasının həmrəy şəkildə qalması üçün vacib olan əsas elementlərdən ikisi ölkələr arasında əməkdaşlıq və qarşılıqlı anlaşmanın olmasıdır. Əməkdaşlığın genişləndirilməsi, habelə bu elementlərin birliyinin təmin edilməsi müxtəlif yollarla həyata keçirilə bilər. Hazırda Bakı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edərək müsəlmanları bir daha birləşdirir. Bu münasibətlə biz Bakını təbrik edirik. Ümid edirik ki, bu tədbirin keçirilməsi bütün dünya müsəlmanlarına faydalı olacaq və İslam aləminin həmrəyliyi üçün öz töhfəsini verəcəkdir. 

Sonda deyim ki, Azərbaycandan çox xoş təəssüratlarla ayrılacağıq, ölkənizə və xalqınıza ən səmimi arzularımızı bildiririk. Sizin ölkənin rəhbərliyini və Azərbaycan xalqını səciyyələndirən qonaqpərvərliyi xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, Bakıda olan hər kəs məmnuniyyətlə bir də bu şəhərə qayıtmaq istərdi. Şübhə etmirəm ki, sizin ölkənizi daha böyük uğurlar gözləyir.

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında