Qrupdan çıxdıq, artıq finalın astanasındayıq!

Azərbaycan futbolçuları qrup mərhələsində qarşılarında duran vəzifəni yerinə yetirdilər. Mərakeş komandası ilə qolsuz heç-heçə yığmamıza yarımfinala vəsiqəni təmin etdi.

Həmin gün Kamerun isə Səudiyyə Ərəbistanı futbolçuları üzərində böyük hesabla (3:0) qələbə sayəsində “A” qrupunun qalibi oldu. Millimiz topların fərqinə görə qrupda ikinci yeri tutdu.

“B” qrupundan isə yarımfinala vəsiqələrə Əlcəzair (7 xal) və Oman (5) komandaları sahib oldular.

Təkrar edək, Azərbaycan millisi güclü qrupda kəskin mübarizədə minimum vəzifənin öhdəsindən gəlib ikinci mərhələdə oynamağa layiq olduğunu sübuta yetirmişdir. Komanda Şəhruddin Məhəmmədəliyevin qoruduğu qapıda hələ bir top da görməmiş, əvəzində rəqib qapılarına iki top vurmuşdur. Onun liderləri Ruslan Abışov, Rəşad Sadiqov, Ağabala Ramazanov, habelə daha gənc oyunçular Mahir Mədətov, Elşən Abdullayev, Coşqun Diniyev və digərləri artıq şahidi olduğumuz kimi meydanda qüvvələrini əsirgəmir, möhkəm iradə və əzmkarlıq göstərir, axıradək fədakarlıqla mübarizə aparırlar.

“Bayıl Arena”da məhz bu mübariz keyfiyyətlər onları rəqiblərin hücumlarından qoruyur, əzmkarlığa görə mükafatlandırır, irəli aparırdı. İndi irəlidə yarımfinaldır. Ancaq nə qədər çətin olsa da, finalın astanası bizim üçün son hədd olmamalıdır, əksinə, futbolçularımız Azərbaycana növbəti sevinc hissi yaşada bilərlər.

Yaşar Vahabzadənin komandasını yarımfinalda güclü rəqib, Əlcəzair komandası ilə ağır mübarizə gözləyir. Lakin Azərbaycan yığması da yüksək iddialarla yaşadığını artıq öz oyunu ilə təsdiq etmişdir. Ona görə də Əlcəzair komandası da bu gecə sakit yata bilməyəcək. Onun kimi, bizim də final arzumuz var. Bu cütün qalibinin həlledici görüşdə Kamerun–Oman yarımfinalında qələbə qazanacaq komanda ilə oynayacağını da qeyd edək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında