“Zəfər günləri”ndə daha 18 medalın sevinci

Dünən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsində IV İslam Həmrəyliyi Oyunlarının azərbaycanlı qalib və mükafatçıları ilə növbəti görüş keçirildi.

Bu dəfə “Zəfər günləri”ndə təbriklər mayın 15-də, İslamiadanın növbəti yarış günündə fərqlənərək ölkəmizə 18 medal –9 qızıl, 6 gümüş və 3 bürünc mükafat qazandırmış idmançılara ünvanlandı.

Görüşdə oğlan və qızlardan ibarət idman gimnastikası komandalarımızın üzvləri Murad Ağarzayev, Timur Bayramov, Talas Bence, Yuliya İnşina, Yekaterina Tişkova, Marina Nekrasova, eləcə də ağırlıqqaldıranlar Anastasiya İbrahimli, Elnarə Abbasova və başqaları iştirak edirdilər.

Dördüncü İslam Həmrəyliyi Oyunlarının çempionları, cüdo ustaları Elxan Məmmədov və Məmmədəli Mehdiyevi də burada görmək xoş idi.

Mərasimdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu dəfə medalların, əsasən, respublikamız üçün o qədər də ənənəvi olmayan növlər–idman gimnastikası və üzgüçülük yarışlarında qazanıldığını xüsusi qeyd edib əmin olduğunu bildirdi ki, İslamiadada qarşıdakı startlarda da belə qələbələrimiz hələ çox olacaq, zəfər günlərimiz davam edəcək.

Qalib idmançılara mükafatları Ç.Hüseynzadə, gənclər və idman nazirinin müavini İntiqam Babayev, MOK-un baş katibinin müavini Azər Əliyev, Olimpiya çempionları Nazim Hüseynov və Elnur Məmmədli təqdim etdilər.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında