“Bakı-2017”: IV gün

Mayın 16-da - “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının dördüncü günündə Azərbaycan idmançıları 13 medal qazanıblar. Bu medallardan 8-i qızıl, 1-i gümüş, 4-ü isə bürüncdür.

Gün ərzində milli komandamızın aktivinə ən çox medalı atletika və paraatletika yarışlarında mübarizə aparan idmançılarımız yazdırıblar. Onlar 4 qızıl və 1 bürünc medala sahib olublar. Oyunların dördüncü günündə Ruslan Lunyov və Maksim Şeberev özlərinin dördüncü qızıl medallarını qazanıblar.

Azərbaycan milli komandası yarışın dördüncü günündə 81 medalla (41 qızıl, 24 gümüş və 16 bürünc) ikinci pillədəki yerini qoruyub.

İslamiadanın üçüncü günündə Türkiyə yığma komandası medal siyahısına liderliyi davam etdirib. Qardaş ölkənin idmançıları gün ərzində 23 medal əldə ediblər. Bu medallardan 8-i qızıl, 9-u gümüş, 6-sı isə bürüncdür. Gün ərzində Türkiyə millisinin aktivinə ən çox medalı üzgüçülər əlavə ediblər. Onlar 14 medala
(6 qızıl, 5 gümüş, 3 bürünc) sahib olublar. Hazırda Türkiyə yığmasının hesabında 115 medal (43-40-32) var.

İlk beşliyi İran (37 medal, 10-12-15), Özbəkistan (34 medal, 7-9-18) və İndoneziya (42 medal, 6-18-18) tamamlayır.

Ümumilikdə, dörd gün ərzində 28 ölkənin idmançıları aktivlərinə medal yazdıra biliblər.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında