Şəhriyar Məmmədyarov və Din Lijen

Moskvada 18 qrossmeysterin iştirakı ilə keçirilən FİDE-nin “Qran-pri” yarışları seriyasından ikinci mərhələnin ilk dörd turunda ən yaxşı nəticəni Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov və çinli Din Lijen göstərmişlər. Onlar hərəyə 3 xal toplamışlar.

Məmmədyarov startda iki heç-heçədən sonra növbəti turlarda ingiltərəli Maykl Adamsa və Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Saleh Salemə qalib gəlmişdir.

Turnirdəki digər şahmatçımız Teymur Rəcəbov da yarış məsafəsinin arxada qalan hissəsində nəticəsindən razı qala bilər –üç heç-heçə və dördüncü turda ispaniyalı Fransisko Valyexo üzərində qələbə. Bu müvəffəqiyyətdən sonra xal ehtiyatını 2,5-ə çatdıran Rəcəbov onunla yanaşı addımlayan Pyotr Svidlerlə (Rusiya) sonrakı yerləri bölüşdürür. Fransız Maksim Vaşye-Laqrav və daha bir qrup iştirakçı 2 xal toplamışdır.

Dünən keçirilən beşinci turda Məmmədyarov Din Lijenlə, Rəcəbov isə Svidlerlə görüşmüşlər.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında