Azərbaycan millisi su polosu yarışlarında ilk qələbəyə sevinib

Mayın 14-də “Bakı-2017”nin su polosu yarışlarının ikinci günündə iki qarşılaşma oynanılıb.

Günün birinci oyununda Səudiyyə Ərəbistanı ilə İran komandaları üz-üzə gəliblər. Oyunun əvvəlindən təşəbbüsü ələ alan iranlı idmançılar görüşü qələbə ilə başa vurublar - 11:6. Bununla da İran millisi İslamiadada ikinci qələbəsini qazanıb. Səudiyyə Ərəbistanı isə yarışda keçirdiyi ilk oyunda məğlubiyyətlə üzləşib.

Günün ikinci qarşılaşması Azərbaycan və İndoneziya komandaları arasında keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Azərbaycan komandası gözəl oyun nümayiş etdirərək 9:7 hesabı ilə qalib gəlib.

Mayın 15-də Səudiyyə Ərəbistanı-İndoneziya və Azərbaycan-Türkiyə görüşləri keçiriləcək.

Mayın 17-dək davam edəcək yarışlarda kişilərdən ibarət beş komanda - Azərbaycan, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və İndoneziya milliləri mübarizə aparırlar.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında