İslamiadanın futbol həyəcanları

Əmir Şəfiq: Məqsədimiz qrupdan çıxmaq idi və bunu bacardıq

“Bakı-2017”nin idman həyəcanı davam edir. Dünən futbol üzrə yarışlarda Əlcəzair və Omanın gənclər yığmaları üz-üzə gəldi. Oyunun nəticəsi barədə jurnalistlərə məlumat verən Əlcəzair yığmasının baş məşqçinin köməkçisi Əmir Şəfiq Azərbaycan yığması ilə onları çətin oyun gözlədiyini qeyd etdi:

– Bu görüşün nəticəsi hər iki komanda üçün əlverişli idi. Biz Türkiyəni də, Fələstini də üstələdik. Doğrudur, son oyunlarda önəmli oyunçularımızı zədə ucbatından itirməli olduq. Bu baxımdan qarşıda bizi çətin oyunlar gözləyir. Heyətimiz əsasən gənclərdən təşkil olunub. Yarımfinala çıxdıq və bu, bizim üçün çox böyük nəticə oldu. Əlcəzair xalqı olaraq çox sevinirik. Çünki gənclərdən ibarət olan yığmamız üçün bu yarışlar mühüm mərhələdir və dünyada təmsil olunmaq baxımından önəmli təcrübə mənbəyidir. Məqsədimiz qrupdan çıxmaq idi və bunu bacardıq. “Bakı-2017”də ilk üçlüyə düşəcəyimizə inanırıq. Çünki biz əksər komandalardan güclü təsir bağışlayırıq. Çalışacağıq ki, sarı kartlı oyunçularımızdan maksimum bəhrələnək və onları düzgün sxem üzrə yerləşdirək. Biz 23 yaşa qədər olan futbolçularımıza ümid edirdik amma nəticələr hələ ki, gözlədiyimizdən də yaxşıdır. Qarşıda bizi güclü Azərbaycan yığması ilə çətin oyun gözləyir.

 

Əl Əzzəni: Yığmamızın yarımfinala çıxması bizim üçün çox vacib idi

 

Oman yığmasının baş məşqçisi də öz növbəsində Oyunlardan sonra verdiyi açıqlamada razılığını bildirərək, finala çıxmaqdan ötrü əllərindən gələni etdiklərini söylədi:

– Hələ ki, qrup ikincisiyik. Əlcəzair yığmasından sonra ikinci olmaq bizim üçün sevindiricidir. Biz Fələstin yığması ilə heç-heçə oynadıq. Pis nəticə deyildi. Amma bugünkü matçda daha fəal oyun göstərə bildik. Daha fəal olduq. Əlcəzair yığması ilə oyunumuz isə çətin oldu. Lakin nəticə bizi qane etdi. Etiraf edim ki, Əlcəzair yığması güclü idi. Təəssüf ki, əsas yığmadan oyunçuları cəlb edə bilmədik. Üç oyunçu gətirə bilərdik, lakin alınmadı. Qarşıda bizi çətin qarşılaşma gözləyir. Təşkilatçılığa gəldikdə isə, hər şey yüksək səviyyədədir. Heç nədən korluq çəkmirik. İdmançıların rahat rəqabət aparmaları üçün hər cür sağlam mühit və şərait yaradılmışdır. Fürsətdən istifadə edib, Azərbaycandakı dostlarımıza, təşkilatçılara təşəkkürümü bildirmək istəyirəm.

Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında