Azərbaycanlı atlet Anastasiya İbrahimli beş rekord yeniləyərək “Bakı-2017”nin qalibi olub

Dünən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışlarının üçüncü günündə 69 kiloqram çəki dərəcəsində qadınların mübarizəsində azərbaycanlı atlet Anastasiya İbrahimli 5 rekord yeniləyərək qızıl medal qazanıb. Yarışda 63 kiloqram çəki dərəcəsində çıxış edən Elnarə Abbasova isə bürünc medala layiq görülüb.

Bu çəki dərəcəsinin finalında milli komandamızın iki üzvü Fidan Hüseynzadə və Anastasiya İbrahimli medallar uğrunda mübarizə aparıblar.

A.İbrahimli birdən qaldırma hərəkətində 100 kiloqramı ram edib. Atletimiz təkanla qaldırmada isə 119 kiloqramı başı üzərinə qaldırıb. Toplam 219 kiloqramlıq (100+119 kq) nəticə göstərən Anastasiya İbrahimli bu çəki dərəcəsində qızıl medalı millimizin hesabına yazdırıb. O, İslam Həmrəyliyi Oyunları tarixində bu çəki dərəcəsində birdən qaldırma üzrə bir, təkanla qaldırmada 2, toplamda isə 2 olmaqla, ümumilikdə 5 rekordu yeniləyib.

Fidan Hüseynzadə isə birdən qaldırma hərəkətində 69, təkanla qaldırmada 88 kiloqramın öhdəsindən gəlib. Toplam 157 kiloqramlıq (69+88) nəticə göstərən atletimiz bu çəki dərəcəsində 7-ci yeri tutub.

Bu çəki dərəcəsində gümüş medala türkmənistanlı Gülnabat Kadırova (99+115 kq), bürünc medala isə özbəkistanlı Manzuraxon Mamasaliyeva (91+115 kq) layiq görülüblər.

Oyunlarda qadınlar arasında 63 kiloqram çəki dərəcəsində ölkəmizi Firuzə İbrahimova və Elnarə Abbasova təmsil ediblər. Elnarə Abbasova birdən qaldırma hərəkətində 82, təkanla qaldırma hərəkətində isə 102 kiloqramı başı üzərinə qaldırıb. Toplam 184 kiloqram (82+102) nəticə göstərən atletimiz bürünc medala sahib olub. Firuzə İbrahimova isə 180 kiloqram (80+100 kq) nəticə ilə beşinci yeri tutub.

Bu çəki dərəcəsində qızıl medalı türkmənistanlı Polina Quriyeva (ümumilikdə 193 kiloqram) qazanıb.

Qaliblərə medalları Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev təqdim edib .

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında