Fəridə Abiyeva: İlk Avropa Oyunlarında çox məyus olmuşdum

– IV İslamiada mənim üçün böyük önəm kəsb edirdi. İlk Avropa Oyunlarında potensialımdan maksimum istifadə edə bilmədiyim üçün çox məyus olmuşdum. Ötən dövr ərzində bir sıra beynəlxalq turnirlərdə iştirak edib yarış təcrübəmi daha da zənginləşdirmiş, hazırlıq çərçivəsində Qəbələ, Göygöl, eləcə də, Bakıda təlim-məşq toplantılarında iştirak etmişdim. Finala qədər üç döyüşdə mübarizə apardım. İlk döyüşlərim o qədər də çətin olmadı. Çad və Kot-d İvuarın karateçiləri üzərində inamlı qələbə qazandım. Yarımfinal döyüşümdə isə özbəkistanlı ilə görüşü böyük narahatlıq və həyəcanla gözləsəm də içimdə qələbəyə inam var idi. Bu idmançını yaxşı tanıyırdım, ona iki dəfə məğlub olmuşdum. Əvvəldən ona bir xal verdiyim üçün görüşün bitməsinə  1 dəqiqə qalmış  geridə idim, amma özümü itirmədim. Ayaq zərbəsi ilə iki xal, ardınca əl ilə bir xal alıb döyüşü qələbə ilə bitirdim. Finalda isə, düzü, türkiyəli idmançını gözləyirdim, lakin İran təmsilçisi onu mübarizədən kənarlaşdırıb rəqibim oldu. İranlı karateçi üzərində təmiz qələbəm (3:0) nəticəsində qızıl medal qazandım. 

IV İslamiadada əldə etdiyim qələbənin şərəfinə Azərbaycan himninin səsləndirilməsi həyatımın ən unudulmaz anlarına çevrildi. Azərbaycan Prezidenti cənab İlham Əliyev Oyunların qızıl medalını boynumdan asdığı zaman qürur hissi keçirdim. Azərbaycanı yüksək səviyyədə təmsil etdiyim üçün xoşbəxtəm.

Leyla Qurbanova,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında