“İslamiada bütün müsəlman aləmini bir yerə topladı”

“İordaniya İslam Həmrəyliyi Oyunlarında böyük nümayəndə heyəti ilə təmsil olunub. Bu Oyunlar müsəlman aləmini bir yerə toplayıb. Fəxr edirəm ki, Oyunların belə möhtəşəm açılış mərasiminin iştirakçısı oldum. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili”ndə ölkənizdə  olmaqdan çox məmnunam”.

Bu fikirlərin müəllifi İordaniya Parlamenti Nümayəndələr Palatasının sədri  Atef  Yusif  Saleh əl-Taravneh açılış mərasiminin çox möhtəşəm keçdiyinin gözlənilən olduğunu bildirdi. Dedi ki, Azərbaycan belə mötəbər yarışlara ev sahibliyi etməkdə artıq  nümunəvi ölkəyə çevrilib.

Dost və qardaş Azərbaycana səfər etməkdən şərəf duyduğunu bildirən Atef Yusif Saleh  əl–Taravneh iki müsəlman ölkəsini bir-birinə dostluq  əlaqələri bağladığını bildirdi: “ Hər iki ölkənin başçıları bu dostluğun qorunub saxlanılması, daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün zəruri addımlar atıblar. Bakıya səfərim də ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir. Bakı bizə çox yaxın paytaxtlardan biridir”.

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi bu Oyunlara hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını, Təşkilat Komitəsinin bütün imkanlardan ustalıqla istifadə etdiyini bir daha təsdiq etdi: “Müsəlman aləminin bir yerdə olması qürurverici haldır”.

Təqdim etdi:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında