Elçin Talıbov: İstəyimiz Azərbaycanın adını yüksəltmək idi, buna nail olduq

Yarışlarda əksər ölkələr güclü komandalarla iştirak edirdilər. Buna baxmayaraq, Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdoçuları yarışlarda yaxşı nəticə göstərdilər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında paracüdo üzrə qızıl medal qazanmış Elçin Talıbov deyib. O bildirib ki, ölkəmizin bayrağını yüksəltməyə çalışıblar:

“İstəyimiz Azərbaycanın adını yüksəltmək idi, buna nail olduq. Bir ailəyə iki medal apardıq. Qardaşım Natiq Talıbov da paralimpiyaçıdır. O da bürünc medal qazandı. Ailəmizin də sevincinin həddi-hüdudu yoxdur. İki qardaşın bir yarışda iştirak etməsi bizim ailəyə qismət oldu. Gələcəkdə keçiriləcək yarışlara da qatılacağıq və ölkəmizi layiqincə təmsil edəcəyik”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında