Orxan Səfərov: Arzum 2020-ci il Tokio Olimpiya Oyunlarında birinci yer tutmaqdır

IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandıqdan sonra növbəti hədəfim 2020-ci il Tokio Olimpiya Oyunlarında birinci yer tutmaqdır.

Bunu Trend-ə İslamiadada cüdo üzrə 60 kq çəki dərəcəsində qızıl medal qazanmış Orxan Səfərov deyib.

O bildirib ki, Bakıda əldə etdiyi nəticələrlə kifayətlənmək niyyətində deyil: “Qarşıda çoxlu vacib yarışlar var. 2016-cı il Olimpiya Oyunlarında mən beşinci olmuşdum, Tokioda isə qızıl mükafatı qazanmağı hədəfləyirəm”.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında