Ruslan Lunyov: Yarışların üçqat qalibi olmaq mənə unudulmaz anlar yaşatdı

– İslam Həmrəyliyi Oyunlarında tarixi qələbəyə imza atdığım üçün çox sevinirəm. Yarışların üçqat qalibi olmaq hissi mənə unudulmaz anlar bəxş etdi. Təsəvvür edirsinizmi? Fəxri kürsünün ən yüksək pilləsində üç dəfə ardıcıl yer aldım. Bildiyiniz kimi, komandamıza ilk qızıl medalı qazandırmaq da mənə qismət oldu. Düzü, hər üç növdə mütləq medal əldə edəcəyimə əmin idim. Etiraf edim ki, yarışlar mənim üçün çox gərgin keçdi. Əvvəl bir qədər həyəcanlı idim. Sonradan özümü topladım və hədəfi daha dəqiq nişan almağa nail oldum. Düşünürəm ki, inamlı çıxışım rəqiblərim üzərində qələbəyə imkan yaratdı. Qələbəm şərəfinə üç dəfə Azərbaycan himni səsləndirildi, bayrağımız yüksəklərdə dalğalandırıldı. Bu cür yüksək nailiyyətin qazanılmasında mənə yardımçı olanların hamısına minnətdarlıq edirəm. Sevinirəm ki, ümidləri doğrultdum.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında