İSLAMİADA: Azərbaycan yığması 22 medal qazanıb

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının ikinci günündə ilk medallar sahiblərini tapıb. Apasport.az saytının məlumatına görə, dünən açılış mərasimi keçirilən yarışda 30 medal dəsti oynanılıb.

 Ağır atletika, cüdo, bədii gimnastika, üzgüçülük, atıcılıq, karate və paracüdo üzrə qaliblər müəyyənləşib. Azərbaycan yığması günü uğurla başa vurub.

Millimiz medal sayında 1-ci yeri ələ alıb. Yığmamız buna 22 medal qazanmaqla nail olub. İdmançılarımız günü 10 qızıl medalla tamamlayıb. Ruslan Lunyov (atıcılıq, tapança, 25 m), Orxan Səfərov (cüdo, 60 kq), Nicat Şıxəlizadə (cüdo, 66 kq), Erdenebat Bazarraqça (cüdo, 48 kq), Fəridə Abıyeva (karate, 61 kq), Hidayət Heydərov (cüdo, 73 kq), Rafael Ağayev (karate, 75 kq), bədii gimnastika yığması (Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova), Afaq Sultanova (paracüdo, 57 kq) və Ramilə Kaştayeva (paracüdo, 70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Komandamız 9 gümüş medal qazanmağa nail olub. Məhz bu da yığmamızla eyni sayda – 10 qızıl əldə edən Türkiyəni arxada qoymaq imkanı verib. İdmançılarımızdan Şəfəq Əmrahova (atıcılıq, səngər stendi), İlahə Qasımova (karate, 55 kq), Aişə Qurbanlı (cüdo, 48 kq), Nəzakət Əzizova (cüdo, 52 kq), Kifayət Qasımova (cüdo, 57 kq), Rüstəm Orucov (cüdo, 73 kq), Xanım Hüseynova (cüdo, 63 kq), Sevda Vəliyeva (paracüdo, 57 kq) və Turanə Əliyeva (paracüdo, 70 kq) İslamiadanın ikincisi olublar.

Səbinə Əzimova (ağır atletika, 53 kq), Nuranə Əliyeva (karate, 50 kq) və Firdovsi Fərzəliyev (karate, 60 kq) isə ölkəmizin hesabına bürünc qazandırıb.

Ümumiyyətlə, ilk gündə medalların əyarında Azərbaycan öndə olubsa, ümumi sayda Türkiyə liderliyi ələ alıb – 27 mükafat. Sahibini tapan 102 medala isə 17 ölkə idmançıları yiyələnib. Çempionluq sevincini isə yalnız 8 ölkədən olan atletlər yaşayıb.

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Azərbaycan

10

9

3

22

2

Türkiyə

10

7

10

27

3

İndoneziya

2

6

5

13

4

Əlcəzair

2

3

4

9

5

İran

2

2

4

8

6

İordaniya

2

0

0

2

7

Özbəkistan

1

1

6

8

8

Misir

1

0

1

2

9

Pakistan

0

1

1

2

10

Banqladeş

0

1

0

1

11-12

Qırğızıstan

0

0

2

2

 

Tunis

0

0

2

2

13-17

Fil Dişi Sahili

0

0

1

1

 

Qazaxıstan

0

0

1

1

 

Qətər

0

0

1

1

 

Mərakeş

0

0

1

1

 

Suriya

0

0

1

1

 

Cəmi

30

30

43

103

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında