İslamiada: Qadın həndbolçuların yarışının finalında Azərbaycan və Türkiyə milliləri qarşılaşacaqlar

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında həndbol üzrə bütün finalçılar məlum olub.

Yarımfinal mərhələsinə Azərbaycanın və Özbəkistanın qadın həndbolçularının qarşılaşması ilə start verilib. Milli komandamız rəqibinə asanlıqla - 42:25 hesabı ilə qalib gələrək finala yüksəlib. Qadın həndbolçularımız finalda Kamerun yığmasını 34:18 hesabı ilə məğlub edən Türkiyə kollektivi ilə üz-üzə gələcəklər.

 Kişi həndbolçuların yarışında isə ilk finalçı Səudiyyə Ərəbistanı həndbolçuları olub. Səudiyyə Ərəbistanı komandası yarımfinalda İraq yığmasından üstün olub - 28:24. Finala yüksələn digər komanda isə Əlcəzair üzərində 26:22 hesabı ilə qələbə qazanan Türkiyə yığmasıdır.

Kişi və qadın həndbolçular arasında final görüşləri mayın 14-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında