“Bakı-2017”nin ağır atletika yarışının ilk günü gərgin idman mübarizəsi şəraitində keçib

Mayın 13-də Azərbaycan Ağır Atletika Akademiyasında IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışlarına start verilib. İyirmi bir ölkədən 130 atletin (51 qadın, 79 kişi) qatıldığı yarışda Azərbaycan 8 kişi və 8 qadın atletlə təmsil olunur.

Yarışın birinci günündə üç çəki dərəcəsində Azərbaycanın dörd idmançısı mübarizəyə qoşulub. Kişilərin mübarizəsində 56 kiloqram çəki dərəcəsində Elmar Alıyev gücünü sınayıb. Qadınların yarışında isə Mərziyyə Məhərrəmova (48 kq), Səbinə Əzimova və Gülçin Əlizadə (hər ikisi 53 kq) mübarizəyə qoşulublar.

Yarışda 56 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində ilk iki yerə İndoneziya idmançıları sahib olublar. Bu ölkədən olan Surahmad Vijoyo 261 kiloqramı ram edərək qızıl medala yiyələnib. Gümüş medalın sahibi Muhamad Porkan isə toplam 256 kiloqramlıq (115+141 kq) nəticə göstərib. Tunisli Amine Bouhicbha isə 254 kiloqramlıq (113+141 kq) nəticə ilə bürünc mükafata layiq görülüb.

Bu çəki dərəcəsində Azərbaycanı təmsil edən Elmar Alıyev isə 233 kiloqramlıq (103+130) nəticə ilə altıncı sırada qərarlaşıb.

Yarışın 48 kiloqram çəki dərəcəsində qadınların mübarizəsində indoneziyalı Sri Vahyuni Aqustiani birdən qaldırmada 80, təkanla qaldırmada isə 106 kiloqram nəticə göstərib. Toplam 186 kiloqramı başı üstünə qaldıran indoneziyalı atlet IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb.

Gümüş medala türkiyəli atlet Saziyə Ərdoğan sahib olub. O, toplam 166 kiloqramlıq (74+92 kq) nəticə göstərib. Türkiyəli Qamze Karakol isə 164 kiloqramlıq (71+93 kq) nəticə ilə bürünc mükafata yiyələnib.

Bu çəki dərəcəsində Azərbaycanı təmsil edən Mərziyyə Məhərrəmova 115 kiloqramlıq (66+85 kq) nəticə ilə altıncı sırada qərarlaşıb.

Cüdo yarışının birinci gününün sonuncu mübarizəsində isə 53 kiloqram çəki dərəcəsində qadınlar körpücük üzərinə çıxıblar. Türkiyəli idmançı Bediha Tünadağı rəqiblərini üstələyərək birdənqaldırmada 80, təkanla qaldırmada isə 102 kiloqram nəticə göstərərək qızıl medala sahib olub. İndoneziyalı idmançı Devi Sofitrin isə toplam 177 kiloqramlıq (78+99) nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Həmyerlimiz Səbinə Əzimova 176 kiloqramlıq (75+101 kq) nəticə ilə bürünc medal qazanıb. Daha bir təmsilçimiz Gülçin Əlizadə yarışı dördüncü sırada başa vurub.

Mayın 15-də ağır atletika yarışlarının ikinci günündə 58 və 62 kiloqram çəki dərəcələrində müvafiq olaraq, qadınlar və kişilər arasında qaliblər müəyyənləşəcək.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında