“Skype”da IV İslam Həmrəyliyi Oyunlarının xüsusi emotikonu yaradıldı

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olan “Microsoft” korporasiyası “Skype” istifadəçiləri üçün sözügedən yarışlara həsr olunmuş yeni emotikonu təqdim edib.

“Microsoft”un bu misilsiz təşəbbüsünün məqsədi insanların bütün dünyaya Oyunlar haqqında danışa bilmələri üçün möhtəşəm idman hadisəsinə dəstək olmaqdır.

Bu il “Microsoft” korporasiyası “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi ilə yarışların keçiriləcəyi şəhərdən – Azərbaycan paytaxtından ilhamlanaraq yeni emotikon yaratmaq üçün güclərini birləşdirib. Emotikonda Qobustan və “Alov güllələri”nin (“Flame Towers”) simvolları istifadə olunub. Yenilikdən yararlanmaq üçün mətn sətrində (baku2017) yazmaq və ya paneldə Qobustan simvollu emotikonu seçmək lazımdır ki, daha sonra bu simvolu “Flame Towers” əvəz edir.

“Skype” proqramının təklif etdiyi bütün imkanlardan daim faydalana bilmək üçün “Microsoft” korporasiyası “Windows”, “Mac”, “iPhone”, “iPad”, və “Android” ilə işləyən kompüterlərə tətbiqin ən son versiyasından yararlanmağı tövsiyə edir.

Qeyd edək ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi ilə imzalanan tərəfdaşlıq sazişi çərçivəsində “Microsoft” korporasiyası “Bakı 2017 Skype zonası” təşəbbüsünü həyata keçirmək məqsədilə texniki proqram təminatı, avadanlıq və brendinqin təminatına cavabdeh olacaq. Bu maraqlı və yenilikçi təşəbbüs İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 54 üzv ölkəsindən olan medal qazanmış idmançıların öz uğurlarını dostları və ailələri ilə video-əlaqə yaradaraq, qeyd etmələrinə imkan verəcək. “Bakı 2017 Skype zonası" idmançıların hər bir reaksiyasını üç kamera ilə qeydə alaraq, tamaşaçılara Oyunların ən maraqlı anlarını yaxından izləmək imkanı yaradacaq.

Əfsanə MƏHƏMMƏDLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında