Mayk Loynd: IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılış mərasimi daim yaddaşlarda qalacaq

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi möhtəşəmliyi ilə yadda qaldı. Oyunların ilk medalçıları bu gün məlum olacaq. Artıq yarışlar başlayıb. İnanıram ki, Azərbaycan idmançıları da medallar qazanacaqlar.

bunu “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə rəhbəri Mayk Loynd mayın 13-də keçirilən mətbuat konfransında deyib.

Əsrarəngiz şou üçün Oyunların mərasimlər üzrə direktoru Ketrin Uqvuya və bədii rəhbər Natan Rayta təşəkkürünü bildirən Mayk Loynd 35 min tamaşaçının Bakı Olimpiya Stadionunda möhtəşəm açılış mərasimini məmnunluqla izlədiyini qeyd edərək bildirib: “Açılış mərasimi 55-dən çox ölkədə yayımlanıb. Bu gün - IV İslam Həmrəyliyi Oyunlarının birinci günündə idmanın altı növü üzrə medallar təqdim ediləcək. Ümid edirəm ki, idman azarkeşləri növbəti on gün ərzində maraqlı idman mübarizəsinin şahidi olacaqlar”.

Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin katibi Könül Nurullayeva 54 ölkənin nümayəndə heyətlərinin artıq Atletlər kəndində məskunlaşdıqlarını vurğulayaraq, idmançıların rahatlığı üçün hər cür şəraitin yaradıldığını bildirib. O, Azərbaycan idmançılarının da rahatlığı üçün əlverişli şəraitin təmin olunduğunu qeyd edərək, atletlərimizin bu mötəbər yarışa yaxşı hazırlaşdıqlarını diqqətə çatdırıb.

IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru Mark Honeybun Azərbaycanın yarışlarda 400-dən çox idmançı ilə təmsil olunmasını məmnunluqla qeyd edərək deyib: “IV İslam Həmrəyliyi Oyunları böyük dostluq və sülh bayramıdır. Azarkeşlər mükəmməl arenalarda maraqlı idman mübarizəsinin şahidi olacaqlar. Dünyanın dörd qitəsindən gələn idmançılar mübarizliyi, əzmkarlığı, qələbə sevincini nümayiş etdirəcəklər. Oyunlar sülhü, mədəniyyəti, birliyi təbliğ edir”.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında