Azərbaycan ilk qızıl medalını qazandı!

İslamiadada Azərbaycan komandasının qızıl medal müjdəçisi Ruslan Lunyov bu ilin mart ayında Hindistanın paytaxtı Dehlidə güllə atıcılığı üzrə dünya kubokunda bürünc medal qazandıqdan sonra mətbuat konfransında jurnalistlərlə fikrini bölüşərkən “Bürünc medal əldə etməyim mənim üçün sürpriz oldu.

 Lakin bunun üçün səy göstərir,  intensiv məşq edirdim. IV İslam Həmrəyliyi Oyunlarında isə əsas hədəf ilk pillədir. İnanıram ki, qızıl medal qazanacağam”, - deyə böyük inamla qələbə qazanacağına söz vermişdi. İslamiadada qızıl medalı özü üçün hədəf seçən atıcı böyük inamla mübarizə aparıb arzusuna çatdı.

Yarışlardan sonra ilk çempionumuzla görüşüb, fikirlərini “Xalq qəzeti” ilə bölüşməsini xahiş etdik. O dedi: “Doğma divarlar arasında bu mötəbər turnirdə ən yüksək nəticəyə imza atdığım üçün qürur duyuram. Sevinirəm ki, komandamız ilk qızıl medalını qazandı. Düzü, qələbəmə möhkəm əmin idim. Bu əminliklə növbəti yarışlarda da mübarizə aparacağam. Düşünürəm ki, yenə medallar olacaq”.

Güllə atıcılığı üzrə komandanın baş məşqçisi, dünya şöhrətli atıcımız, Afina Olimpiadasının bürünc medalçısı İradə Aşumova Ruslanın bu növdə geniş imkanlara malik olduğunu bildirdi: “Ruslan Lunyovun 581 xalla birinci yeri tutması gözəl nəticədir. Amma bu, gözlənilən idi, çünki son yarışlarda yüksək nailiyyətlər qazanıb. O, İslamiadada, ümumilikdə, güllə atıcılığı üzrə 5 növdə gücünü sınayır. Daha bir növdə - cütlüklərin yarışlarında isə Nigar Nəsirova ilə birgə mübarizə aparacaq. Ruslanın digər növlərdə də medal şansları böyükdür. Komandamızın digər üzvlərindən də gözləntilərimiz böyükdür. Məşqlər intensiv davam edib. Yığmanın hazırlığı yaxşıdır. Nigar Nəsirova 10 metr məsafəyə atəşaçma yarşılarında medal qazana bilər. Eləcə də Rəsul Məmmədova və digər idmançılara da ümid bəsləyirik. Atıcılarımız mübariz ruha kökləniblər. Əminəm ki, nəticələr yaxşı olacaq”.

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında