Yarımfinalın yarım addımlığında

İslamiadanın futbol turnirinin startında Kamerunla qolsuz heç-heçədən sonra ikinci turda Səudiyyə Ərəbistanı komandasını Elşən Abdullayev və Ağabala Ramazanovun sərrast zərbələri sayəsində 2:0 hesabı ilə məğlubiyyətə uğradan Azərbaycan futbolçuları qrup mərhələsində qarşılarında duran vəzifəni yerinə yetirib yarımfinala çıxmaq üçün özlərinə çox yaxşı zəmin yaratmışlar.

İki turdan sonra “A” qrupunun turnir cədvəlinə başçılıq edən yığmamızın 4 xalı vardır. İkinci pillədə irəliləyən Mərakeş futbolçuları da onunla eyni nəticə göstərmiş, ancaq topların fərqinə görə geri qalırlar. Üçüncü yeri 2 xala malik Kamerun komandası tutur, Səudiyyə Ərəbistanı təmsilçiləri isə hər iki oyunda uduzmuşlar.

Digər dörd komandanın çıxış etdiyi “B” qrupunda lider mövqeyində olan Əlcəzair hər iki görüşdə qələbə qazanaraq maksimum miqdarda 6 xal toplamış və son turun nəticələrindən asılı olmayaraq yarımfinala vəsiqəni özünə təmin etmişdir. İkinci – üçüncü yerləri tutan Oman və Fələstinin müvafiq surətdə 4 və 1 xalları var, Türkiyə komandası hər iki oyunda məğlubiyyətə uğrayıb.

Üçüncü turun görüşləri mayın 15-də keçiriləcəkdir. Həmin gün Azərbaycan futbolçuları mərakeşli rəqibləri ilə görüşəcəklər. Yarımfinala vəsiqə qazanmaq üçün komandamıza bu oyunda bir xal da kifayət edər. Daha bir görüşdə Kamerunla Səudiyyə Ərəbistanı qarşılaşacaqlar. “B” qrupunda isə Oman – Əlcəzair və Türkiyə – Fələstin görüşləri oynanılacaq.

İlkin mərhələnin yekununda hər qrupdan ən yaxşı iki komanda yarımfinala çıxıb IV İslam Həmrəyliyi Oyunlarının medalları uğrunda mübarizəni davam etdirəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında