Ardıcıl üç qələbə

Azərbaycanın qadınlardan ibarət komandasının həndbolçuları qrup mərhələsində çıxışlarını üç qələbə ilə başa vurmuşlar.

“Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən turnirdə həndbolçularımız Kamerun və Özbəkistan yığmaları ilə görüşlərdə qazandıqları müvəffəqiyyəti (28:26 və 47:21) üçüncü turda Türkiyə komandası ilə oyunda (27:22) bir qədər də inkişaf etdirmişlər.

İlkin mərhələdə üç görüşdə üç qələbə Azərbaycan komandasını yüzfaizli nəticə ilə türnir cədvəlinin zirvəsinə yüksəltmişdir – 6 xal. İkinci yerdə olan Türkiyə kollektivi 4 xal toplamışdır. Kamerunluların 2 xalı vardır, özbəklər isə xal qazana bilməmişlər. Qarşıda bu günə təyin edilmiş yarımfinal görüşləri durur.

Ölkəmizin kişilərdən ibarət komandası isə fəxri kürsüdən kənarda qalmışdır. Azərbaycan həndbolçuları dünən beşinci yer uğrunda görüşdə Mərakeş komandasına 31:25 hesabı ilə qalib gəlmişlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında