“Bakı-2017”: Əlcəzair voleybolçuları Qətərə, İran millisi Səudiyyə Ərəbistanı yığmasına qalib gəliblər

Mayın 12-də IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışları çərçivəsində kişi komandaların mübarizəsində Qətər-Əlcəzair və ­
İran-Səudiyyə Ərəbistanı oyunları keçirilib.

İlk oyunda Əlcəzair komandası sevinən tərəf olub. Gərgin idman mübarizəsi şəraitində keçən ilk setdə əlcəzairli voleybolçular 37:35 hesabı ilə qalib gəliblər. İkinci hissədə əlcəzairlilər daha böyük fərqlə üstün olublar - 25:14. Qətər yığması üçüncü setdə dönüş yaratmağa çalışsa da (25:17), dördüncü setdə əlcəzairlilər rəqibə şans verməyiblər - 25:21.

Beləliklə, görüş Əlcəzair millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ikinci qarşılaşmasında İran millisi Səudiyyə Ərəbistanı komandasına 3:0 (25:18, 25:23 və 25:18) hesabı ilə qalib gəlib.

Mayın 13-də “A” qrupunda kişilər arasında Türkmənistan-Fələstin, Azərbaycan-Türkiyə, qadınların yarışında isə Azərbaycan-Tacikistan oyunları keçiriləcək.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında