Ahrar Salhe: Fotoreportyor kimi Oyunları ən yüksək səviyyədə işıqlandıracağam

İslam Həmrəyliyi Oyunlarını işıqlandırmaq üçün  ölkəmizə təşrif  buyurmuş media nümayəndələri arasında Fələstin Olimpiya Komitəsinin əməkdaşı, fotoreportyor Ahrar Salhe də var.  Onunla həmsöhbət olarkən bunları dedi:

Təsəvvür etməzdim ki, Bakı bu qədər gözəl, müasir şəhərdir. Şəhərə ayaq basan ilk andan  paytaxtınız  məndə müsbət təəssüratlar yaratdı. İnsanlar mehriban və gülərüzdür. Bu, çox xoşuma gəldi. IV İslam Həmrəyliyi Oyunlarında  fotoreportyor kimi fəaliyyət göstərirəm. Müsəlman dünyası üçün önəmli olan  bu Oyunlarda dünyanın müxtəlif yerlərində yaşayan, ayrı-ayrı  müsəlman ölkələrindən olan nümayəndə heyətlərini görmək, onlarla ünsiyyətdə olmaq xoşdur.  Harada yaşamağımızdan asılı olmayaraq, bizləri İslamın ali dəyərləri, ümumi mədəniyyətimiz, adət-ənənələrimiz, dostluq əlaqələri  birləşdirir. Təsadüfi deyil ki, Bakıda keçirilən IV islam Həmrəyliyi Oyunlarının devizi də elə budur – “Gücümüz həmrəylikdədir”. Bu cür yarışların əhəmiyyəti odur ki, müsəlman xalqları bir-birini daha yaxından tanıyır, fikirlərini bölüşür, dostluq əlaqələrini möhkəmləndirir, bir-birlərinin mədəniyyəti, ənənələri, problemləri ilə daha yaxından tanış olurlar.

Fotoqraf kimi yarışları əlimdən gəldiyi qədər ən yüksək səviyyədə  işıqlandıracağam. Həmçinin yarışlardan əlavə,  tarixiliyi, qədimliyi və müasirliyi ilə məni valeh edən Bakını  daha çox gəzmək, tanımaq və  ən gözəl yerlərindən fotolar çəkməyi düşünürəm. Bakını, bu qonaqpərvər şəhəri Fələstin xalqı daha yaxından tanımalıdır.

   İstərdim ki, qismət olsa, yenə də Bakıya gəlim.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
(foto müəllifindir)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında