Odina Bayramova: Hesab edirik ki, əsas rəqibimiz Türkiyə komandasıdır

Azərbaycanın qadınlardan ibarət yığma voleybol komandası Bakıda keçirilən IV İslamiadada çıxışlarına uğurla başlayıb. İlk oyunda Qırğızıstan yığması ilə qarşılaşan komandamız 3:0 hesabı ilə qalib gəlib. Görüş başa çatandan sonra komandanın kapitanı Odina Bayramova AZƏRTAC-a müsahibə verib.

Yığmamızın oyun səviyyəsi, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimindən gözlədiyi təəssürat barədə fikirlərini bölüşən Odina Bayramova qeyd edib ki, turnirdə dörd komandanın iştirak etməsini nəzərə alsaq, bugünkü oyunu tanışlıq matçı adlandırmaq olar. O deyib: “Etiraf edirəm ki, bizim yarışlarda az sayda komandanın iştirak etməsinə görə təəssüflənirəm. Hesab edirik ki, əsas rəqibimiz Türkiyə komandası olacaq və ona qalib gələ biləcəyimizə inanıram. Əsas məsələ öz oyunumuzu nümayiş etdirməkdir”.

Yığmanın kapitanı qeyd edib ki, komanda Sloveniyada gərgin məşq  toplantısı keçirib. O deyib: “İslamiadadan sonra dünya birinciliyinin seçmə matçlarına hazırlaşmalıyıq. Hazırlığı Bolqarıstanda keçəcəyik. Seçmə yarışlarında Hollandiya başda olmaqla iştirakçıların tərkibini nəzərə alsaq, orada oyun tempi və səviyyəsi tamam fərqli olacaq”.

AZƏRTAC

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında