IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən 12-22 may tarixlərində Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş poçt markaları nəşr olunub.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, 4 idman növünü özündə əks etdirən poçt markaları artıq dövriyyəyə buraxılıb.

Qeyd edək ki, markaların üzərində tennis, gimnastika, boks və futbol idman növləri əks olunub.

“Belarusskiy dom peçati”də nəşr olunan markaların tirajı 10 min, ölçüləri isə 40 x 28 mm təşkil edir. Poçt markalarının nominal dəyəri 5 qəpikdir.

Məlumat üçün bildirək ki, IV İslam Həmrəyliyi Oyunlarında 21 idman növü üzrə 54 dövlətin 3 mindən çox idmançısı mübarizə aparacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında