“Naxçıvan – 2017”nin mükafatçıları məlumdur

Azərbaycan xalqının ümummilli  lideri Heydər Əliyevin  xatirəsinə həsr  edilmiş “Naxçıvan – 2017” beynəlxalq  şahmat festivalına  yekun vurulmuşdur.

Üç yarışı özündə birləşdirən festivalın ən güclü turniri “A” qrupunda ən yaxşı nəticəni ukraynalı Valeri Qranyov göstərmişdir. Xatirə  turnirinin qalibi 9 mümkün xaldan 7 xal toplamışdır.

İkinci – üçüncü  mükafatlara müvafiq surətdə Belçika  təmsilçisi Vadim Malaxatko və Azərbaycan  şahmatçısı Misrəddin İsgəndərov  sahib olmuşlar. Onlar finişə 6,5  xalla  çatmışlar. Əlavə göstəricilərə görə ikinci yeri  Malaxatko tutmuşdur.

 

Məmmədyarov və Rəcəbov Moskvada

 

Rusiya  paytaxtında Beynəlxalq Şahmat Federasiyasının (FİDE) “Qran-pri” yarışları seriyasından ikinci mərhələyə  start verilmişdir.

Turnir iştirakçıları arasında azərbaycanlı  qrossmeysterlər Şəhriyar Məmmədyarov  və Teymur Rəcəbov da vardır. Təmsilçilərimizlə yanaşı, “Qran-pri”nin mükafatları  uğrunda Ernesto İnarkiyev, Yevgeni Tomaşevski, Pyotr Svidler, Yan Nepomnyaşi, Aleksandr Qrişuk (hamısı Rusiya), fransız Maksim Vaşye – Laqrav, ingiltərəli Maykl Adams, Hollandiya  şahmatçısı Aniş Giri, israilli  Boris Gelfand və  başqaları  mübarizə aparırlar.

İsveçrə  sistemi üzrə  keçirilən  turnir doqquz  turdan  ibarətdir və mayın 21-də finişə çatacaq.

Dünən birinci  turda hər iki ­qrossmeysterimiz ağ fiqurlarla oynamışdır. Məmmədyarov ispaniyalı Fransisko Valyexo ilə, Rəcəbov isə çinli Din Lijenlə görüşmüşlər. Hər iki görüş heç-heçə başa çatmışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında