Fələstinli Əhməd Alali: İslam Həmrəyliyi Oyunları dostluğa və sülhə çağırışdır

İslam Həmrəyliyi Oyunlarında təmsil edilən ölkələrdən biri olan Fələstin Olimpiya Komitəsinin Mətbuat Departamentinin rəhbəri, IV İslam Həmrəyliyi Oyunlarında mətbuat attaşesi Əhməd Alali bildirir ki, onların idmançıları bu Oyunlara böyük məsuliyyət və həvəslə hazırlaşıblar. Onun sözlərinə görə, gözəl Bakı ilə tanışlıq fələstinli idmançıların xatirələrində xoş anlarla yadda qalacaq. Həmsöhbətim yarışqabağı öz təəssüratlarını “Xalq qəzeti”nin oxucuları ilə bölüşdü.

O, qeyd etdi ki, bu, Azərbaycana, Bakıya ilk səfərimdir. Şadam ki, İslam dünyası üçün tarixi hadisə olan IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmək mənə qismət oldu. Qədim və müasirliyi özündə yaşadan şəhərinizi çox sevdim, gözəl və müasir şəhərdir. İdmançılar üçün salınmış Atletlər kəndi, oradakı şərait ürəyimcə oldu. Təşkilati işlər yüksək səviyyədədir. Hiss edilir ki, Azərbaycan bu Oyunlara böyük həvəslə hazırlaşıb.

 Bizim atletlərimiz cüdo, futbol, boks, üzgüçülük, basketbol kimi idman növlərində təmsil olunur. Ümumilikdə, Fələstindən Bakıya 105 nəfərlik nümayəndə heyəti gəlib. İdmançılardan 70-i kişi , 11-i qadındır. Biz çox sevinir və qürur duyuruq ki, Fələstin idmançıları da İslam dünyasının önəmli idman bayramı olan İslam Həmrəyliyi Oyunlarında iştirak edirlər. Bu cür beynəlxalq idman yarışlarının əhəmiyyəti böyükdür. İslam Həmrəyliyi Oyunları həm də müsəlman ölkələri arasında dostluq əlaqələrini daha da möhkəmləndirir, dinimizin ali dəyərlərini, sülhpərvərliyi bəşəriyyətə bir daha nümayiş etdirir. Xalqları birliyə və əməkdaşlığa, İslam dünyasını həmrəyliyə, sülhpərvərliyə səsləyir.

 IV İslam Həmrəyliyi Oyunları həm də idmançılarımız üçün digər ölkələrin təcrübəsini öyrənmək baxımından çox önəmlidir. Təəssüf ki, bizim bəzi atletlərimiz gələ bilmədilər. Belə ki, çox böyük ümidlər bəslədiyimiz oyunçulardan bir neçəsi müəyyən səbəblər üzündən saxlanıldı.

Bununla belə, Fələstin nümayəndə heyəti İslam Həmrəyliyi Oyunlarının onlar üçün uğurlu olacağına inanır. Ümid edirəm ki, IV İslam Həmrəyliyi Oyunları İslam oyunları tarixində özünəməxsusluğu ilə seçiləcək.

Söhbəti qələmə aldı:
Əfsanə BAYRAMQIZI,
“ Xalq qəzeti”
(foto müəllifindir)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında