Kürdəmirdə IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar tədbir keçirilib

Mayın 9-da Kürdəmirdəki  Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunlarına həsr olunan muğam konserti keçirilib. Tədbirdə rayon icra  hakimiyyətinin  başçısı Ceyhun Cəfərov, ­“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov, İslam Həmrəyliyi Oyunlarının səfirləri, televiziya aparıcısı Hacı Nuran və “Muğam müsabiqəsi-2011”in qalibi Mirələm Mirələmov, rayonun hüquq-mühafizə  orqanlarının, idarə, müəssisə və  təşkilatların   rəhbərləri, rayon  ictimaiyyətinin  nümayəndələri və muğamsevənlər iştirak ediblər.

 Ceyhun Cəfərov bildirib ki, İslam Oyunları dünyada bəşəri ideyaları təbliğ etməklə idmanın inkişafına böyük töhfələr vermişdir. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi 2014-cü il iyul ayının 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan İslam Həmrəyliyi Federasiyasının 8-ci Baş Assambleyasında qərara alınıb. 2015-ci ilin 7 aprel tarixində IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi haqqında müqavilə imzalanmış, 2 noyabr 2015-ci il tarixində Bakı şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının Ələqələndirmə Komissiyasının ilk iclası baş tutub.

Həmin vaxtdan IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmizdə oyunların keçirilməsinə ciddi hazırlıq işlərinə başlanıb, idman kompleks və qurğuları bu möhtəşəm yarışlara ev sahibliyi etməyə tam hazır vəziyyətə gətirilib. Eyni zamanda qeyd edilməlidir ki, bu oyunların keçirilməsi üçün bütün işlər görülüb, oyunları qəbul etmək üçün Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri tam hazır vəziyyətə gətirilib.

Natiq qeyd edib ki,  Oyunların keçirilməsinə belə yüksək səviyyədə təşkil olunmuş hazırlığa görə bütün Azərbaycan xalqı kimi biz kürdəmirlilər də IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya öz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk: “Qeyd etməliyəm ki, IV İslam Həmrəyliyi Oyunlarının başlanmasına sayılı günlər qalır. Dünyanın 57 İslam ölkəsini təmsil edən 3 mindən çox idmançı Azərbaycanda 20 idman növü üzrə 10 yarış günü ərzində öz güclərini sınayaraq, yarışlarda iştirak edəcək. Mayın 12-dən 22-dək davam edəcək yarışlar Bakının ən müasir 16 idman meydançasında təşkil olunacaq. Bütün  xalqımız  kimi biz kürdəmirlilər də buna çöx sevinirik. İdmançılarla bərabər oyunlarda minlərlə rəsmi nümayəndə və  qonaqlar da ölkəmizə gələcək, ölkəmizlə və qədim tariximizlə yaxından tanış olmaq imkanını əldə edəcəklər”.

“Muğam müsabiqəsi”in qalibi, İslam Həmrəyliyi Oyunlarının səfiri Mirələm Mirələmovun və Kamilə Nəbiyevanın ifaları, dinləyicilərə zövq vermişdir.

Mərasimdə çıxış edən Bakı-2017” IV ­İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov Kürdəmir  Rayon  İcra  Hakimiyyətinin  başçısına və tədbir iştirakçılarına  öz dərin minnətdarlığın bildirib.

Tədbir muğamsevərlərin sürəkli alqışları ilə başa çatıb.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında