“Bakı İslamiadasında da çempionluğumuzu qoruyacağıq”

IV İslam Həmrəyliyi Oyunlarının yarış həyəcanı davam edir. Döyüş növlərimiz arasında karate idmanı Oyunların favoriti sırasında olduğundan medal ümidlərimizi onlara da bağlamışıq. Artıq mayın 13-dən karateçilərimizin mübarizəsi başlayır. Onların sırasında III İslam Həmrəyliyi Oyunlarında rəqib tanımayan Ayxan Mamayev və Asiman Qurbanlı da var.

Ayxan Mamayev III İslamiada ilə yanaşı, ilk Avropa Oyunlarında da qızıl medal qazanıb. Dünya çempionatının gümüş, bürünc, Avropa çempionatlarının ikiqat gümüş mükafatçısıdır. Budəfəki yarışlarda da qızıl medala iddialıdır. Asiman Qurbanlı isə 3 qat Avropa çempionu, mükafatçısı, dünya çempionatının gümüş, Ümumdünya Universiadasının bürünc medalçısıdır. Hər iki karateçinin Oyunlara hazırlığı, medal şansları yüksək qiymətləndirilir. Təlim-məşqlərdən sonra onlarla görüşüb yarışlarla bağlı fikirlərini qələmə aldıq.

   Ayxan Mamayev: – Ötən il dünya çempionatının finalında döyüşdüm. Düzdür, qızıl medal qazanmaq imkanlarım böyük idi. Lakin son döyüşdə məğlub olub, gümüşlə kifayətləndim. Mundialın finalında döyüşdüyüm üçün Polşada keçiriləcək Dünya Oyunlarına vəsiqə qazanmışam və bu yarışlarda iyul ayında iştirak edəcəyəm.

Bir ay bundan qabaq isə Mərakeşin paytaxtı Rabatda keçirilən 1 Premyer Liqa yarışlarının qızıl medalına layiq görüldüm.  Orada, əsasən müsəlman ölkələri iştirak edirdi. İran komandasından başqa, demək olar ki, bütün müsəlman ölkələrinin idmançıları qüvvələrini sınadılar. Türkiyə, Misir, Əlcəzair, Tunis və digər ölkə təmsilçiləri var idi. Bu yarış İslam Oyunları ərəfəsində bizim üçün ciddi sınaq idi. Bir məqamı qeyd edim ki, Avropa ölkələrinin idmançıları daha çox taktikaya üstünlük verirlər. Müsəlman ölkələrinin idmançıları isə taktika ilə yanaşı, həm də savaşmağa meyillidirlər.

Təlim-məşqlərdə Oyunlara yüksək səviyyədə hazırlaşmışıq. Düşünürəm ki, III İslamiadada qazandığım çempionluğu bu dəfə də qoruyacağam.

Asiman Qurbanlı: IV İslam Həmrəyliyi Oyunları bizim üçün ciddi sınaqlardan biridir. Doğma azarkeşlərimiz qarşısında çıxış etmək məsuliyyətimizi ikiqat artırır. Oyunlara hazırlıq məqsədilə Bakıda, eləcə də Qəbələdə təlim-məşqlər keçmişik. Ümumi hazırlıqdan əlavə, rəqiblərimizə qarşı da hazırlıq keçmişik. Hazırlığımız məşqçi korpusu tərəfindən yüksək qiymətləndirilir.

III İslamiadada karateçilərimiz uğurla çıxış etdilər. Bu uğuru IV İslam Həmrəyliyi Oyunlarında da davam etdirmək əzmindəyik. Doğma Bakıda İslam dünyasının ən mötəbər turnirində qzıl medal qazanıb, Azərbaycan himnini səsləndirmək ən böyük arzumdur. Əminəm ki, Oyunların çempionu titulunu qoruyacağam.

  Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında