Katerin Uqvu: Çalışırıq ki, açılış mərasimi maraqlı və fərqli olsun

Beynəlxalq idman ictimaiyyəti Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarının  açılış mərasimini səbirsizliklə gözləyir. 2015-ci ildə yüksək səviyyədə təşkil edilən və Avropa tamaşaçısını heyran edən  birinci Avropa Oyunlarının açılış mərasimi xatirələrdə hələ də təzədir.

Odur ki, İslam Həmrəyliyi Oyunlarının da yüksək səviyyədə keçəcəyini qətiyyətlə demək olar.   Oyunların Təşkilat Komitəsinin mərasimlər üzrə direktor və icraçı prodüseri Katerin Uqvu da açılış mərasiminin yüksək səviyyədə təşkili üçün aylardır hazırlaşdıqlarını bildirir:  “Biz həqiqətən, çox çalışırıq ki, açılış mərasimi maraqlı və fərqli olsun,”–deyə o, “Frans Press”  agentliyinə açıqlamasında bildirib.

Avropa Oyunlarında da eyni vəzifəni məsuliyyətlə yerinə yetirən  Katerin Uqvu deyib: Biz Avropa Oyunlarında Qərbə, İslam Oyunlarında isə Şərqə istiqamətlənmişik.  İki saatlıq açılış mərasiminin təşkilinə ən azı 5000 insan cəlb olunub və bunların 2200-ü yerli könüllülərdir. Bu, çox maraqlı və məzmunlu şoudur. Açılış mərasimində  Azərbaycan və İslam mədəniyyətinin nümayişi olacaq.”

K. Uqvu və incəsənət üzrə direktor M. Vrayt  18 aydır ki, yüksək məsuliyyət və  gərgin fəaliyyətlə bu möhtəşəm açılış mərasiminə  hazırlaşırlar.

Bakı Olimpiya Stadionunda keçiriləcək  açılış mərasimindəki şou  tamaşaçıların marağına səbəb olacaq.

 K. Uqvunun  bu cür  beynəlxalq tədbirlərin təşkili sahəsində 20 ildən artıq təcrübəsi var. O, 2012-ci ildə Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında, Kanadada, Hindistanda və Avropada çalışıb. Lakin fəaliyyət göstərdiyi ölkələr arasında  Azərbaycan yeganə ölkədir ki, ona ikinci dəfə etimad göstərir.

"Azərbaycan yeganə ölkədir ki, onlar mənə geri qayıtmağı xahiş etdikdə, dərhal “hə” dedim.  Bakının əhalisi çox mehribandır”,–deyə K.Uqvu öz çıxışında qeyd edib  və Bakının onun ikinci evi olduğunu bildirib.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında