Almaniyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş boks turniri keçirilib

Almaniyanın Weiswasser şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş peşəkar boks turniri keçirilib. Turnirin açılışına Almaniya və Azərbaycan himnlərinin səsləndirilməsi ilə start verilib. Çempionatın açılış mərasimində şəhər meriyasının rəhbəri Torsten Plöts, Azərbaycan diasporunun nümayəndələri və Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları da iştirak ediblər.

Artıq Almaniyada ənənə halını almış boks turnirində müxtəlif ölkələrin boksçuları peşəkar rinqdə öz güclərini sınayıblar. Ukraynalı boksçu Roman Qolovaşenko Almaniya boksçusu Kai Kurzava, Tino Froehliş və Dominik Kosel mübarizə aparıblar. Həmyerlimiz Vüsal Əliyev, Malik Məmmədzadə, Loğman Bayramov peşəkar rinqdə rəqiblərinə qalib gəliblər.

Boks turniri Alman–Azərbaycan Cəmiyyəti və 2012-ci ildə Maqdeburq şəhərində təsis olunmuş Heydər Əliyev adına WBCA (World Boxing Committee H.Aliyev) tərəfindən keçirilir.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında