Cüdoçulara inam böyükdür

Mayın 13-dən 16-dək Heydər Əliyev adına İdman Arenasının tribunalarından IV İslam Həmrəyliyi Oyunları proqramı çərçivəsində cüdo turnirinin gedişini izləyəcək idman həvəskarları bu görüşlərdən, şübhəsiz, böyük zövq alacaqlar. Milli komandamızın heyəti ilə artıq tanış olanlar yarış sahiblərinin İslamiada turnirindən “bol məhsul” götürəcəklərinə inanırlar.

Hər halda məşqçilərin bu günlərdə açıqladıqları heyətə daxil edilmiş tatami ustalarının hər biri gərgin mübarizə ­meydanından medalla ayrıla bilər.

Turnirdə komandanın şərəfini Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Elxan Məmmədov ( hər ikisi 100 kq) qoruyacaqlar. Bundan başqa, komanda yarışlarında Rüfət İslamyılov (81 kq) və Uşanqi Kokauri də (100 kq-dan yuxarı) ustalıqlarını nümayiş etdirmək imkanı qazanacaqlar.

Cüdoçularımız bu yaxınlarda Varşavada keçirilmiş Avropa çempionatında məşqçilərin ümidlərini tam doğrultmuşlar. Hələ çox gənc Heydərovla zəngin təcrübəli Məmmədovun Avropa çempionu adını qazanmaları, Səfərov, Şıxəlizadə və Orucovun bürünc mükafatları millimizin üzvlərinin çox şeyə qadir olduqlarını göstərdi. Tatami ustaları həmin uğurları indi Bakıda davam etdirmək əzmindədirlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında