Milli Olimpiya Komitəsi yenə “Zəfər günləri” keçirəcək

Azərbaycan Milli Olimpiya Komitəsi “Bakı–2017”  IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi günlərdə yarışların qalib və mükafatçıları olacaq Azərbaycan idmançılarının şərəfinə “Zəfər günləri” adlı xüsusi tədbir təşkil edəcək.

“Olimpnews.az” saytının bu barədə yaydığı məlumatda bildirilir ki, bu layihə Milli Olimpiya Komitəsi tərəfindən artıq ikinci dəfədir həyata keçirilir. “Zəfər günləri” ilk dəfə 2015-ci ildə Avropa Oyunları zamanı təşkil edilib. İki il əvvəlki startlarda olduğu kimi, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi günlərdə də qalib idmançılarımızın ictimaiyyətin və KİV-lərin nümayəndələri ilə görüşləri təşkil olunacaq.

Əlavə edək ki, 2015-ci ildə keçirilmiş tədbirlərin iştirakçıları Avropa Oyunlarının qalib və mükafatçıları ilə görüşlərdən xoş təəssüratlarla ayrılmışdılar. Güman etmək olar ki, indi də belə olacaq, mayın 14-23-nə planlaşdırılan  “Zəfər günləri”ndə idman ictimaiyyəti nümayəndələrini İslamiadanın azərbaycanlı qəhrəmanları ilə  maraqlı görüşlər, çoxlu qələbə sevinci və zəngin təəssürat gözləyir.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında