Güləşçilərdən İslamiadaya növbəti töhfələr

Güləş ustalarımız Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxışları ilə ölkəmizi sevindirməkdə davam edirlər.

Yarışların üçüncü günü sərbəst güləşənlər Bakıda açılış mərasiminə hazırlaşdığımız IV İslam Həmrəyliyi Oyunlarına daha iki medal hədiyyə etmişlər.

Murad Süleymanov (74 kq) ilk görüşdə İspaniya təmsilçisi Taymuraz Friyev-Naskidayev, sonra fransalı Zəlimxan Hacıyev, Rusiya güləşçisi Əhməd Həziməhəmmədov üzərində qələbələr qazanmış və yalnız Avropa çempionu adı uğrunda həlledici görüşdə gərgin mübarizədən sonra türkiyəli Sönər Dəmirtaşa uduzmuşdur–4:6. Ancaq Avropa çempionatının gümüş mükafatı da  kiçik nailiyyət deyil.

Həmin gün daha bir medala qadın güləşçilərin turnirində Alyona Kolesnik (55 kq) sevinmişdir. Çempionatın bürünc mükafatçısı olmuş Alyona üçüncü yer uğrunda görüşdə yarış sahiblərinin nümayəndəsi Merima Qaletinə cəmi 48 saniyə ərzində qalib gəlmişdir.

Mayın 5-də, çempionatın dördüncü günü “sərbəstlərimiz” daha iki medal qazanmışlar. Cəmaləddin Məhəmmədov (125 kq) gümüş, Ruslan Dbirhacıyev
(70 kq) bürünc mükafatçı olmuşlar. Bununla da Azərbaycan komandasının medallarının sayı 8-ə çatmışdır–2 qızıl, 3 gümüş, 3 bürünc mükafat.

Dünən qitə çempionatında yunan-Roma üsulu ilə güləşənlər mübarizəyə başlamışlar.

O. BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında