Rinqdə qələbələrimizin hesabını kim açacaq?

İslam Həmrəyliyi Oyunlarına çox yaxınlaşdığımızı təsdiqləyən daha bir fakt: Bakı rinqində ilk döyüşlərin vaxtı və iştirakçıları artıq məlumdur.

Azərbaycanın dəri əlcək ustaları İslamiadada qələbələrinin hesabını mayın 12-də aça bilərlər. Həmin gün boksçularımızdan birinci olaraq mübarizəyə 69 kq çəki dərəcəsində çıxış edən Tamerlan Abdullayev, Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) qoşulacaqlar.

Qalan yeddi təmsilçimiz i start görüşlərini mayın 13-15-də keçirəcəkdir. “Kristal Zal”da finallar mayın 18-nə təyin olunmuşdur.

 

Çempionluğa  dörd iddiaçı

 

Azərbaycanın qadınlardan ibarət voleybol komandası Sloveniyada təlim-məşq toplanışını başa vurub Bakıya qayıtmışdır. İndi yığmamızı İslam Həmrəyliyi Oyunları çərçivəsində Qırğızıstan millisi ilə görüşdən cəmi dörd gün ayırır.

Əvvəllər biz qarşıdakı yarışda beş komandanın çıxış edəcəyini bildirmişdik. Lakin bu günlərdə məlum olmuşdur ki, Kamerun turnirdə oynamaqdan imtina edib. Nəticədə indi çempionluğa dörd iddiaçı var. Azərbaycan və Qırğızıstan komandaları ilə yanaşı, İslamiada turnirində Türkiyə və Taciksitan idmançıları da mübarizə aparacaqlar.

Yuxarıda qeyd etdiyimiz kimi, Faiq Qarayevin komandası yarışa Qırğızıstana qarşı görüşlə başlayacaq. Həmin gün digər oyunda isə Türkiyə və Tacikistan voleybolçuları üz-üzə gələcəklər.

Azərbaycan millisi növbəti iki görüşü mayın 13–14-də müvafiq surətdə Tacikistan və Türkiyə komandaları ilə keçirəcək.

Turnirə mayın 18-də final görüşü ilə yekun vurulacaq.

 

Misir  46 nəfərlə gəlir

 

Dörd il əvvəl, 2013-cü ilin payızında İndoneziyanın Palembanq şəhərində 41 ölkə nümayəndələrinin iştirakı ilə keçirilmiş III İslam Həmrəyliyi Oyunlarında 86 medal–26 qızıl, 31 gümüş və 29 bürünc mükafat qazanaraq ümumi hesabda üçüncü yeri tutmuş Misir komandasının Bakıda IV İslamiadaya 46 nəfərdən ibarət nümayəndə heyəti ilə gələcəyi gözlənilir. Onlardan 30-u idmançı, 16 nəfəri isə nümayəndə heyətinin qalan üzvləridir.

Misir idmançıları Azərbaycan paytaxtında karate, ağırlıqqaldırma, boks və atıcılıq yarışlarında starta çıxacaqlar.

O. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında