Başda İlham Zəkiyev olmaqla 28 paralimpiyaçı

Ölkəmizin paralimpiyaçılar komandası İslam Həmrəyliyi Oyunlarında böyük bir heyətlə mübarizə aparacaq. Təmsilçilərimiz starta çıxacaqları iki növ –atletika və cüdo yarışlarında 28 iştirakçı ilə çıxış edəcəklər. Onlardan 16-sı atlet, 12-si isə cüdoçudur.

Paralimpiyaçılarımızın ən mötəbər yarışlarda qazandıqları böyük uğurlar idman aləminə yaxşı məlumdur. Onların yüksək nailiyyətləri və beynəlxalq nüfuzu Azərbaycanda paralimpiya hərəkatının sürətli inkişafına göstərilən gündəlik qayğı və diqqətin nəticəsidir.

Azərbaycan paralimpiyaçılarının sıralarında dünya şöhrətli idmançılar yetişmişdir. Onların ön cərgəsində isə Paralimpiya Oyunlarının ikiqat çempionu və bir bürünc medalının sahibi İlham Zəkiyev irəliləyir. İdmanımızın yetirdiyi ən görkəmli şəxsiyyətlərdən biri, ölkə idman ictimaiyyətinin sevimlisi İlham və onun cüdoçu dostları Ramil Qasımov, Kamal Abdullaxanlı, Bayram Mustafayev, Afaq Sultanova, atletika yarışlarında starta çıxacaq Elçin Muradov, Zeynidin Bilalov, Oloxan Musayev, İradə Əliyeva, Oleq Panyutin və digərləri qarşıdakı İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın paralimpiya hərəkatı tarixinə yeni parlaq səhifə yazmaq əzmindədirlər.

Onlar–paralimpiyaçı cüdoçular və atletlər indi doğma Bakıda, öz həmvətənləri qarşısında çıxış edəcəklər. İ.Zəkiyev və onun komanda yoldaşları bu dəfə üzərlərinə daha böyük məsuliyyət düşdüyünü yaxşı bilirlər. Axı İslamiadada Azərbaycana mümkün qədər çox medal qazandırmaq lazımdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında